Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə məraisimi keçirilib. Andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içdi. Andiçmə mərasimidən sonra Türkiyənin dövlət himni səsləndi və 101 dəfə atəş açıldı.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.