QOÇ –( Mart 21 – Aprel 20 )
Bu gün sizin üçün neytral bir təqvim olacaq. Hansısa qeyri-adi hadisə ilə rastlaşacağınızı düşünməyin. İqlimin təhərindən asılı olaraq, sağlamlığınıza da diqqəti artırın.
BUĞA – (Aprel 21 – May 20)
Bəzi sınaqlarla baş-başa qala bilərsiniz. Şəxsi işlərinizə müdaxilə edən adamlardan uzaq olmağa çalışın. Hər hansı mübahisə və ya qisasçılıq prinsipiniz başağrınıza səbəb ola bilər.
ƏKİZLƏR –(May 21- İyun 21)
Daxili sıxıntılarınızdan əsər-əlamət qalmayacaq. Ətrafda baş verən hər bir hadisə sizə sevinc bəxş edəcək. Bu maraqlı təqvimdə şəxsi büdcənizdə müəyyən artımlar da gözlənilir.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Qarşınızda duran vəzifələrin çoxluğu kifayət qədər yorulacağınızdan xəbər verir. Lakin öhdəliklərinizin müsbət nəticəyə xidmət etdiyini anlayıb passivləşməyin. Nikbin olmağa çalışın.
ŞİR – (İyul 23 – Avqust 23)
Bütün gücünüzü iş prinsipinə həsr edin. Müvəffəqiyyətə yetişmək üçün bu, başlıca amildir. Tərəddüd etdiyiniz məsələlərdə qəti addım atmayın. Kənar təsirlərə aludə olmayın.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Maddi durumunuzu yaxşılaşdırmaq üçün bütün bacarığınızı işə salın. Yalnız bu halda büdcənizi artıra bilərsiniz. Fəaliyyətlə bağlı uğurlarınız artıq yaxınlaşmaqdadır.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Nahara qədər bütün vacib işlərinizi – xüsusən də maliyyə məsələlərini yekunlaşdırın. Mənasız söhbətlərə isə əhəmiyyət verməyin. Mənfi enerjili Ay bürcünüzdə olsa da, yenilikləriniz çoxdur.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Yeni əlaqələr yaratmaq üçün geniş imkanlar qazanacaqsınız. Qarşıdakı bir ayda atacağınız addımları indidən götür-qoy edin. Nahar ərəfəsində aldığınız təkliflərə ciddi yanaşın.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Şəxsi büdcənizin durumu imkan versə, doğmalarınız yaşayan ünvanlara baş çəkin. Əks təqdirdə digər məsələlər ürəyinizcə olmayan istiqamətdə cərəyan edəcək. Hündür yerə çıxmayın.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Olduqca rəvan gündür. Ulduzlar müdafiənizdə durduğundan qarşıya qoyduğunuz ədalətli məqsədləri reallaşdıra biləcəksiniz. Maraqlı adamlarla rastlaşma ehtimalınız da var.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
(Yanvar 21 – Fevral 19)İkitərəfli əməkdaşlıq zəminində müəyyən irəliləyişlərə nail olmaq üçün şans qazanacaqsınız. Amma tam bələd olmadığınız proseslər barədə qəti söz demək fikrindən yayınmalısınız.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Astroloji göstəricilər gün ərzində maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Günün ikinci yarısı isə bu istiqamətdə xüsusilə əlverişlidir. Aldığınız dəvətlərdən imtina etməyin.