QOÇ –( Mart 21 – Aprel 20 )
O qədər də uğurlu gün deyil. Daxili sıxıntılarınız, səhhətinizlə bağlı problemlər, eləcə də mövcud şəraitdən narazılığınız əhvalınızı aşağı sala bilər. Yalnız qazanmaq şansınız var.
BUĞA – (Aprel 21 – May 20)
Ulduzlar bütün səlahiyyəti öz əlinizə verəcək. Odur ki, hər bir məsələdə obyektiv qərarlar qəbul etməlisiniz. Ətrafınızda olanlarla xoş davranın. Pulla bağlı diqqətli olun.
ƏKİZLƏR –(May 21- İyun 21)
İlk öncə ailə-sevgi münasibətlərini yaxşılaşdırın ki, gərginliyiniz azalsın. Günün ikinci yarısında sürprizlər mümkündür. Şəxsi büdcənizi artırmaq ehtimalınız da var. Yaxın səfərə çıxmağa dəyər.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Kifayət qədər gərgin gün olduğundan tədbirli və ehtiyatlı olmağı unutmayın. Özünüzü istənilən təzyiq və təxribatdan qoruyun. Nəqliyyatda isə xüsusilə diqqətli olmalısınız.
ŞİR – (İyul 23 – Avqust 23)
Hansısa qanqaraldan hadisə gözlənilmir. Şübhə ilə yanaşdığınız adamları isə ittiham etməyə tələsməyin. Sizə hadisələri dərindən analiz etmək lazımdır. Nahar ərəfəsində təklif ala bilərsiniz.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvim sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın ki, əsas vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edəsiniz.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Təzə ayın bu ilk günündə ulduzlar sizə daha çox istirahət vəd edir. Maraqlı sürprizlər, qonaqlıqlar yolunuzu gözləyir. Nahardan sonrakı saatlarda ovqatınızı yüksəldən insanlarla rastlaşacaqsınız.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Hiss olunur ki, hansısa məsələyə görə tərəddüd içində qalmısınız. Əgər özünüz qərar çıxara bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ayın bürcünüzdə olduğunu da unutmayın.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün uzaq səfərə çıxmağınız məsləhət deyil. Vaxtınızı ailənizlə və ya müştərək fəaliyyət göstərdiyiniz dostlarınızla birlikdə keçirin.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Məhəbbət və pul. Göy qübbəsi bu gün sizə məhz bu iki sahədə uğurlar bəxş edəcək. Deməli, büdcənizi ağırlaşdırıb sevdiyiniz adamla maraqlı bir təqvim yarada biləcəksiniz. Hər halda, uğurlar!
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Düşünülməmiş risklərdən uzaq olsanız, ulduzlar sizi incitməyəcək, əksinə, günün sonuna qədər ovqatınızın xoş olması üçün canfəşanlıq göstərəcək. Axşam təzə xəbərlər də gözlənilir.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Dünənki ovqatınız bu gün də davam edəcək. Ətrafınızda hər şey gözəl olacaq. Hətta maddi durumunuz imkan versə, səfər də etmək olar. Şəxsi işlərinizdə isə dönüş gözlənilir.