FEMİN hərəkatı terrorçulara etiraz edir
Əslən Misirdən olan, 2012-ci ildən İsveçdə yaşayan FEMİN hərəkatının aktiv üzvü Aliaa Maqda Əlmehdi Facebook profilində belə bir foto yerləşdirib. O, həm də bloqçu kimi tanınır. Müsəlman dünyasında qadınlara qarşı ayrı-seçkiliyi şiddətlə qınayan birisidir. Fotoda İŞİD bayrağına sayğısızlıq nümayiş etdirilir. Fotodakı ikinci xanımın kimliyi isə bəlli deyil. Güman edilir ki, o da FEMİN hərəkatının üzvülərindən biridir. Terrorçuların qadınlara qarşı apardıqları zoraklıqlara, gənc qızların qul kimi alınıb-satılmasına etiraz edirlər.
23 yaşlı xanımın bu fotosu tezliklə Twitter-də də qızğın müzakirələrə səbəb oldu. Hazırda bu foto Qərb mediasının diqqət mərkəzindədir.
Aliaa Maqda hələ 2011-ci ildə Mübarək iqtidardan getdikdən sonra qadınlara qarşı zoraklıqların artmasına soyunaraq etiraz etmişdi. O vaxtlar bütün Misiri bir-birinə qatmış xanım sonda mühacirətə üz tutmağa məcbur olmuşdu.
Elbəyi Həsənli, Sürix