Müğənni Günay İbrahimli çimərlik geyimində çəkdirdiyi klipindən danışıb. “Qafqazinfo”nun məlumatına görə, ifaçı “Onlar” verilişinə açıqlamasında onu tənqid edənlərə mesaj göndərib:
““Dəlisiyəm gecənin” klipinə görə məni tənqid edənlər də, tərif yağdıran da oldu. Çimərlik geyiminə görə məni tənqid edənlərə demək istəyirəm ki, dəniz kənarında palto, xalat geyinməli idim? Çimərlikdə çimərlik geyimi geyinirəm, orada məni 300-400 nəfər görür. Qışda belə klip çəkdirsəydim, deyərdilər ki, başı xarab olub. Mən orada tərbiyəsiz bir şey etməmişəm. Tərbiyəsizlik ayrı mövzudur. Evdə çimərlik geyiminə görə problem oldu, çıxıb Avropaya getdim, evdəkilər 15 gün üzümü görmədilər”.
İbrahimli qadın həmkarlarından da söhbət açıb:
“Bu il Rəqsanənin, Röyanın da klipi işıq üzü gördü. Gərək qadın müğənni 10 nəfər olsun ki, maraqlı olsun. Amma yoxdur. İradə İbrahimovanı bəyənirəm. İstəyirəm bu sənətdə birinci olmaq istəyirəm. Bir nömrə olmaq üçün çalışmaq lazımdır. Artıq 7 ildir oxuyuram. Ya bu sənətdə birinci olmalıyam, ya da oxumayacam”.