Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını özündə ehtiva edən sənədi imzalamağa göstəriş verib.
Modern.az saytı erməni KİV-nə istinadən xəbər verir ki, sənəddə Ermənistan hökumətinin təklifini qəbul etmək göstərilib.
Qeyd edək ki, Avrasiya Birliyi may ayının 29-da Astanada yaradılıb. Ermənistan isə bu ittifaqa hələ ki, qoşulmayıb.