Rusiyanın tanınmış azərbaycanlı müğənnisi Bahh Tee Azərbaycanda möhtəşəm klip çəkdirib
Əsl adı Bəxtiyar Əliyev olan ifaçının “Неужели ты моя” (“Doğrudanmı sən mənimsən?”) mahnısına çəkilən videonun rejissoru Emin Muradov, operatoru Orxan Məmmədov, çəkiliş üzrə direktoru isə Pərviz Məmmədov olub.
Davamlı olaraq dünyanın müxtəlif ölkələrində 150-dən çox solo-konsertlər verən, klipləri Rusiyanın, Ukraynanın, Qazaxıstanın və başqa ölkələrin əsas televiziyalarında yayımlanan yeganə azərbaycanlı ulduz bundan əvvəl kliplərini ABŞ, Rusiya, Estoniya və s. ölkələrdə çəkdirsə də ilk dəfə Bakıda klip çəkməyinin səbəbini Milli.Az-a açıqlayıb.
“”Неужели ты моя” (“Doğrudanmı sən mənimsən?”) mahnısını bu yaxınlarda Bakıda yazdım və qısa zamanda musiqi sosial şəbəkələrdə sevildi. İki gün yarım çəkilişə, iki gün yarım montaja vaxt ayıran çəkiliş qrupu klipi konsert gününə hazırlaya bildi. Klipin rejissoru Emin Muradov olduqca istedadlı və peşəkardır. Mən 100% əminəm ki, yaxın gələcəkdə Emin yalnız vətənimizdə yox, başqa ölkələrdə də bir professional rejissor kimi tanınar. Düşünürəm ki, bu bizim onunla sonuncu işimiz olmayacaq. Mən isə əslində çoxdan Bakıda klip çəkdirmək istəyirdim.
Çünki mən əslən azərbaycanlı olsam da çoxmilyonluq YouTube səhifəmdə statistikaya görə, cəmi 2,5% Azərbaycan ərazisində izləyici var. Digər 97,5% isə Rusiya, Avropa ölkələri, Amerika və s. payına düşür. Mən də məhz daha çox əcnəbilərin olduğu izləyicilərimə Bakının gözəlliyini göstərmək istəyirdim. Düşünürəm, videoda əks olunan Bakının möhtəşəm mənzərəsi, İçərişəhərin, sahilin ecazkar gözəlliyi onları bu şəhəri gəlib gözləri ilə görməyə vadar edəcək. Məncə, bizim klip çox cəlbedici alınıb və bundan sonra da məmnuniyyətlə vətənimin bütün gözəlliklərini layiqincə təmsil etməyə davam edəcəm”.
Qeyd edək ki, Bəxtiyarın videoları ancaq YouTube rəsmi səhifəsində 45 000 000-dan artiq izləmə toplayıb. Vkontakte sosial şəbəkəsində fanatlarının sayı 700.000-ni keçib. Əslən Qarabağdan olan ifaçı oxuduğu mahnılarının sözlərini, musiqisini və aranjmanını həmişə özü yazır. O, tanınmış Rusiya artistləri və prodüserləri tərəfindən dəfələrlə bir nömrəli “hitmaker”, şair və melodist kimi adlanıb.
http://s020.radikal.ru/i722/1409/56/0c448b042e1e.jpg
http://s017.radikal.ru/i406/1409/20/281d563114c6.jpg
http://s017.radikal.ru/i412/1409/7c/af8a11e5a39a.jpg
http://s006.radikal.ru/i215/1409/ac/47697a667fdb.jpg
http://s018.radikal.ru/i520/1409/1d/e9dc019e0226.jpg
http://s55.radikal.ru/i149/1409/fa/d6f1dc165dde.jpg
http://s017.radikal.ru/i421/1409/47/c9a206dec3a6.jpg
http://s55.radikal.ru/i149/1409/df/1d8dd00d8f9f.jpg
http://s018.radikal.ru/i517/1409/43/31fcbc44425e.jpg