ABŞ-da məşhur aktrisa və modellərin çılpaq şəkillərini telefonlarından oğurlayan hakerlərin növbəti hədəfi idmançı olub.
ABŞ qadın milli futbol (soccer) komandasının qapıçısı Hope Amelia Solo da çılpaq fotoları oğurlanan məşhurlar sırasında yer alıb. Kate Upton, Selena Qomes, Cennifer Lourensdən sonra indi də dünyanın ən cazibədar idmançılarından sayılan ABŞ qadın milli futbol komandasının qapıçısı və kapitanı Hope Amelia Solonun da çılpaq fotoları internetə sızıb.
1981-ci il təvəllüdlü bu qadın 2000-ci ildən bu yana ABŞ qadın milli komandasının qapısını qoruyur. O, ən az qol buraxan qapıçı mükafatları qazanıb. Hope Solo “Seattle Reign” komandasının formasını geyinir.
Virtualaz.org saytının xəbər verdiyi kimi, hakerlər bundan əvvəl smartfonların “Apple iCloud” bulud xidmətini sındırmış və ələ keçirdikləri intim fotoları 4chan.org saytında yerləşdirmişdilər. Bundan sonra fotolar ildırım sürəti ilə digər resurslara yayılmışdı.
Xəbərdə bildirilirdi ki, hakerlər Rihanna, Kim Kardaşyan, Kristien Danst, Vayona Rayder, Meri Keyt Olsen, Ariana Qrande, Viktoriya Castis, Keyt Apton, Selena Qomes, Cenifer Lourens kimi məşhurların intim fotolarını ələ keçiriblər. Siyahıda 101 məşhurun adı var, ələ keçirilən fotoların sayı yüzlərlədir.