Bakıda daha bir taksi sürücüsü döyülüb. Hadisə bu gün səhər saatlarında Biznes Universitetinin yaxınlığında, insanların gözü qarşısında baş verib.
Milli.Az-ın məlumatına görə, taksi sürücüsünə kobud şəkildə yaxınlaşan müfəttişlər heç bir sənəd tələb etmədən avtomobilin açarını götürməyə çalışıblar. Bu zaman sürücü ilə nəqliyyat müfəttişləri arasında ciddi mübahisə yaranıb.
Açarı vermək istəməyən sürücü 5 müfəttiş tərəfindən təhqir olunub və döyülüb. Yolu keçərkən hadisənin şahidi olan müxbirimiz də taksi sürücüsü ilə nəqliyyat müfəttişləri arasındakı qarşıdurmanı tam şəkildə olmasa da, telefonın kamerasına çəkə bilib.
Həmin videonu təqdim edirik.
Qeyd edək ki, nəqliyyat müfəttişləri ilə sürücülər arasında belə hallar tez-tez baş verir.