Dünya şöhrətli alimimiz, professor Rafiq Əliyev Parisdən Moderator.az-la əlaqə saxlayaraq ona nüfuzlu mükafatın verildiyini, diplomla təltif olunduğunu, çox təntənəli bir törənin təşkil edildiyini bildirib.
Qeyd edək ki, həmin mükafatın adı “LIFETIME ACHIEVEMENT AWARD” – “DÜNYA ELMINDƏ ÖMÜRLÜK NAİLİYYƏT”dir.
Milli iftixarımız olan Rafiq müəllim qısaca bunları bildirdi:
“Amerikadan alimlər skaypla qatıldılar, burada da fransız alimləri çox böyük təntənə ilə diplomu verdilər. Hesab edirəm ki, bu mənim yox, Azərbaycanın qüruru, uğurudur. O mükafat ümumdünya miqyaslı olsa da Amerikanın mükafatı hesab olunur. Diplomu bir saat öncə Parisdə təqdim etdilər. Bu mükafatı həm incəsənətdə, həm elmdə uğura imza atmış şəxslərə verirlər. Bu mükafatı Elvis Presli, “Bitlz” qrupu, Maykl Cekson alıb. Elmdə isə bu mükafatı 2000-ci ildə Lütfizadə alıb. İndi də bizə verdilər.”