Jurnalistin anası video vasitəsil oğlunun canının bağışlanması üçün yalvarmışdı.
İraq və Şam İslam Dövləti qruplaşması daha bir jurnalistin başının kəsilməsini əks etdirən görüntülər yayıb.
ANS PRESS xəbər verir ki, İŞİD Ceyms Foleydən sonra daha bir ABŞ-lı jurnalist Steven Sotloffun da başını kəsib.
İŞİD-in yaydığı görüntülər rəsmən təqdiqlənməyib.
31 yaşlı jurnalist Sotloff 2013-ci ilin avqust ayında Suriyada itkin düşüb. Jurnalistin anası ötən həftə İŞİD lideri Əbu Bəkir Bağdadiyə video vasitəsilə müraciət etmiş və oğlunun canının bağışlanması üçün yalvarmışdı.
Qeyd edək ki, dünyaya şok yaşadan jurnalist Ceyms Foleyin başının kəsilməsi görüntülərini yayan İŞİD ABŞ-ın qruplaşmaya qarşı həyata keçirdiyi hərbi əməliyyatların dayandırılmayacağı təqdirdə əlindəki diğər girövları da öldürəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.