Hazırda Hindistanda “İndias Best Cine Star Ki Khoj” şousunda iştirak edən rəqqasə Oksana Rəsulova maraqlı obrazda fotolar çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçi bu həftə yayımlanacaq verilişdə “su pərisi” obrazını canlandıracağını bildirib:
“Mənə ürək-dirək verən dostlarım çox sağ olun. Bu gün çəkilişlər keçdi. Mənim bu dəfəki səhnə rolum “dəniz pərisi” oldu. Yeni süjet çox maraqlı olacaq, qaçırtmayın. Qonaqlarımız Deepika Podukone və Boney Kapurun birinci evliliyindən olan oğlu Arjun Kapur idi. Aktyorluq müəllimim əla olduğunu desə də münsiflər heyətinin xoşuna gəlmədim”.
Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanır.
http://s018.radikal.ru/i512/1409/2c/d48add2014a5.jpg
http://s020.radikal.ru/i702/1409/46/05ffdd50e0b9.jpg