Milli.Az rəqqasə Aytənin ailem.az-a müsahibəsini təqdim edir.
– Aytən, məşhur türkiyəli rəqqasə Asena ilə münasibətlərin yaxşıdır, deyəsən.
– Asenanı bütün dünya tanıyır. Bu gün mən onunla yaxın dostamsa, bu mənim üçün böyük fəxrdir. Eyni zamanda rəqqasə Didəmlə də münasibətimiz çox əladır. Bunlar hamısı mənim həm reklamım, həm də sənətimi sevdiyim üçündür. Ərəb rəqqasə dostum var, o da mənim rəqslərimi çox bəyəndiyi üçün mənimlə dostluq və iş birliyinə razı oldu. Təbii ki, mən həmin xanımlarla klipə də çəkiləcəm, dostluq da edəcəm və sair. Bütün bunları bacarmaq lazımdır. Hər rəqqasənin işi deyil bu.
– Niyə bir çoxları səni qəbul edə bilmirlər?
– Belə deməzdim, çox gözəl də qəbul edirlər (gülür). Sadəcə, mən özümü müdafiə edəndə deyirlər ki, həyasızdır.
– Aytən, bildiyim qədərilə oriyental rəqs məktəbin var.
– Oriyentalın məktəbini Azərbaycanda ilk olaraq mən açmışam. 9 il bundan öncə mən Vaqif Qələndərlinin işçisi olmuşam və orada 4 il dərs demişəm.
– Estetik əməliyyat etdirmisən?
– Bəli, burnumdan əməliyyat olunmuşam.
– Rəqs etmək üçün məclisə hansı qiymətə gedirsən?
– 2000 AZN-ə.
– Hər çağırılan məclisə gedirsən?
– Mənim dediyim məbləği verirlərsə, bəli, gedirəm. Masaya yaxınlaşıb, şabaş yığmaq mənlik deyil.
– Barmaqla sayılacaq qədər rəqqasələrimiz var. Masaya yaxınlaşıb, şabaş yığmağı kim dəbə saldı?
– Mən kimsənin adını çəkib günah qazana bilmərəm. Bu, rəqsin gözəlliklərindən biridir. Birinci – gözəllik, ikinci – fiqura, üçüncü – libas və dördüncü rəqs edə-edə pul yığmaqdır. Mən demirəm, bu, ayıbdır, sadəcə sevmirəm.
– Elə bir rəqqasə varmı ki, bəyənmirsən?
– Bu gün məndən başqa rəqqasə yoxdur və rəqqasə adı gələndə hamı “rəqqasə Aytən” deyir.
– Müğənni kimi də fəaliyyət göstərir. Özünü müğənni kimi necə görürsən?
– Oxumaq mənim hobbimdir. Özüm üçün 4-5 mahnı almışam, darıxanda oxuyuram. İndiyə qədər kiminsə mahnısını oxumamışam.
– Hansı bəstəkardan mahnı almısan?
– Tanınmış və sevilən bəstəkar Xanım İsmayılqızıdan mahnı almışam. O özü mənə dedi ki, Aytən, sənin musiqi duyumun gözəldir, sən müğənniliyin arxasınca getsən, səndə gözəl alınacaq. Mənim oxumaq fikrim yoxdur, sənətimi çox sevirəm və nə qədər ki, cavanam, bu geyimlər mənə yaraşır, öz sənətimi davam etdirəcəyəm.
– Rəqqasəlik Aytənə nə verdi və nəyi aldı?
– Rəqqasəlik mənə ad-san verdi, artıq Türkiyə şousuna qatılıram, orada da tanınacağam. Bu sənət mənə qazanc da verdi, özümə görə ev, maşın almışam. Almağa gəldikdə isə rəqsə görə həyat yoldaşımdan ayrıldım.
– Peşmansanmı?
– Yox, yaxşı həyat yoldaşı olsaydı, onu atıb, sənəti tutmazdım. Mən bu sənətə gələndə üç il yoldaşımla yaşadım. Sadəcə, belə şeyləri qəbul edə bilmirəm ki, kişi evdə yatsın, qadın gecə restoranda rəqs edib, pul qazansın. Bunu təkcə oriyental rəqsə aid etmirəm, bütün rəqslərdən gedir söhbət. Mən elə kişini qəbul edə bilmərəm.
– Ailə qurmaq kimi təkliflər gəlir heç?
– Əgər ciddi biri olsa və məni sevib, dəyər versə, mən sənətimi atıb, onunla ailə quraram.
– Rəqqasə Aytən sənətdə olmasa, başqa rəqqasələrdən kimin adını çəkə bilərsən?
– Açığı, mən Oksananı çox bəyənirəm. O qız hind geyimini geyinsin və heç rəqs etməsin, yenə də tamaşaçının rəğbətini qazana biləcək. Oksana bir yoldadır – hind rəqsində. Necə ki, mən bir yol seçib oriyentalla məşğulam, o da elə.
– Bu gün xanımlarımız rahatlıqla qızlarını rəqs üçün sənin yanına gətirib deyirlərmi qızıma dərs keçin?
– Bəli, o qədər. Hətta elə xanımlarımız var ki, həyat yoldaşları üçün öyrənməyə gəlirlər.
– Yaş həddi varmı?
– Bəli, 15 yaşından yuxarı qızlarla məşğul oluram.
– Səbəbi?
– Səbəbi ondadır ki, 15 yaşından aşağı uşaqla uğraşmağa zamanım yoxdur (gülür).
– Şou-biznesdə dostluq varmı?
– Var, niyə də olmasın? Amma mən kiminləsə lap yaxın münasibətdə deyiləm.
– Sənə paxıllıq edənlər çoxdur?
– O qədəəər…
– Nəyi alıb, nəyi verə bilmirlər?
– Bilmirəm, amma mən buna pis baxmıram. Səhnədəyəmsə, bunların hamısı olmalıdır. Azərbaycanda oriyentalın möhürünü mən vurmuşam! Bunu hamı bilir, əgər mən dünya rəqqasələri ilə dostamsa, deməli, məndə nəsə var. Asena məni dəvət etməmişdən öncə “Youtube”da videolarıma baxıb. Daha sonra məni dəvət edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.