“Space” telekanalında yayımlanan “Bizim mətbəx” verilişinin qonağı olan əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlama verib.
Ailəm.az-ın məlumatına görə, A.Haşımova verilişdə məktəb illərindən söz açıb: “Mən orta məktəbdə oxuyanda gözəl qız idim. Belə bir hadisə olmuşdu. Bizimlə oxuyan qızlar dedim ki, “gəl, sayaq görək, bu məktəbdə hansı qızı çox oğlan sevir”. Hesabladılar, ən çox oğlan məni sevirdi. Sən demə, məktəbdə nə az-nə çox, düz, 28 oğlan məni sevirmiş”.