Azərbaycanı “Miss Exclusive of the World -2014” gözəllik yarışmasında Tamilla Həmidova təmsil edəcək.
Sentyabrın 13-də İzmirdə “ Miss Exclusive of the World-2014” beynəlxalq top model müsabiqəsinin dünya finalı keçiriləcək.
Bu haqda məlumat verən təşkilatçı Aqil Məmiyev ölkəmizi 22 yaşlı model Tamilla Həmidovanın təmsil edəcəyini bildirib:
“Tamilla 2 gündür ki, ölkəmizi təmsil etmək üçün Türkiyənin İzmir şəhərindədir. “Miss Exclusive of the World 2014” yarışına hazırlıq tam sürətlə davam edir . Hazırda iştirakçılar bir-birin tanıyır, müxtəlif oyunlar oynayır və birlikdə vaxt keçirirlər. “Miss Exclusive of the World- 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir”.
Qeyd edək ki, final Bakı vaxtı ilə saat 23:00-da “Kral TV”də canlı yayımlanacaq.
Qafqazinfo.az
http://s017.radikal.ru/i417/1409/34/d8327c5c00d6.jpg
http://s004.radikal.ru/i205/1409/ea/594ea92564a3.jpg
http://s020.radikal.ru/i710/1409/a3/b23a892288dc.jpg
http://s41.radikal.ru/i092/1409/ea/ba66664b2271.jpg
http://s019.radikal.ru/i632/1409/62/1f230bc8747a.jpg