Bizlərin çoxu intihar barədə düzgün məlumata malik deyilik. Təssüf ki, bu da bir çox insanların həyatı bahasına başa gəlir. FaktXəbər-in verdiyi məlumata görə, bir neçə əlamətə diqqət yetirməklə faciənin qarşısını almaq olar.
Mif: İntihar – onun ətrafındakılar üçün həmişə gözlənilməz olub
Fakt: Bu belə deyil. Özünə qəsd edənlərin 10-dan 8-i bu barədə mesajlar verir. Bir insanın özünü öldürmək istədiyini düşündüyü barədə bir çox əlamətlər var. Məsələn, öz sevimli əşyalarını yaxınları və dostlarına paylaması. Əgər intiharın əlamətləri bilinsə, onun qarşısını almaq mümkündür.
Mif: Əgər bir insan intihardan danışırsa, bu o deməkdir ki, diqqəti özünə yönəltmək istəyir
Fakt: Özünə qəsd etmək istəyən şəxs ruhi sarsıntı keçirir və özünə yaxın insanları bu barədə məlumatlandırmaq istəyir.
Mif: Əgər insan özünü öldürməyə qərar verdisə, daha heç kim onu bu yoldan saxlaya bilməz. Həmçinin o, kiminsə bu işə qarışmasını istəməz.
Fakt: Əslində özünə qəsd etmək istəyən insan qəlbinin dərinliyində bu əməlin kiminsə tərəfindən qarşısının alınmasını istəyir. Həmçinin onlar bu sui-qəsdə səbəb olan problemin aradan qaldırılmasını da arzulayırlar.
Mif: Əsl intihar etmək istəyənlər heç vaxt öz planları barədə danışmır, bu barədə danışanlar isə özlərini öldürmürlər.
Fakt: Əslində tez-tez intihardan danışan şəxslər, bu barədə çox düşünürlər. Bu səbəbdən özünə sui-qəsd barədə danışan şəxslərin dediklərinə laqeyid yanaşmaq düzgün deyil. Onların yardıma ehtiyacı var. Yaxşı olar ki, psixoloq, yaxud da psixiatra müraciət edilsin.
Mif: Gənclər nadir hallarda intihara əl atırlar.
Fakt: Təəssüf ki, belə deyil. Son zamanların intihar statistikasına baxmaqla bunu aydın müşahidə etmək olar: 15-20 yaşlı gənclər arasında özünə qəsd edənlər getdikcə artır. Psixoloqların fikrincə, bir qədər yaşlı insanın bu yola əl atması üçün nəsə ciddi bir səbəb lazım olduğu haldı, yeniyetmələrə hər hansı cüzi problem bu hərəkətə təkan verir.
Mif: Əgər insan özünə qəsd etsə və sağ qalsa, artıq narahat olmağa dəyməz: o, bir daha bu barədə düşünməyəcək.
Fakt: Adətən əksinə olur: uğursuz intihar cəhdindən sonra insanlar başladığı işə son qoymağa çalışırlar. Bu səbəbdən onlara psixiatr və ya psixoloq yardımı vacibdir.
Mif: Əgər daim intihzardan danışan adam birdən sakitləşərsə və buk barədə söhğət açmazsa, deməli təhlükə geridə qalıb, artıq narahat olmağa dəyməz.
Fakt: Əgər belə bir insanın rəftarında deyilən dəyişiklik görünürsə, əksinə narahat olmaq lazımdır. Ehtimal ki, o, artıq harada və necə özünə qəsd edəcəyi barədə tam təfərrüatlı qərar verib və bu səbəbdən rahatlaşıb.
Mif: İntihar fikrində olan şəxsin yanında bu barədə danışmaq olmaz. Çünki belə söhbətlər onun daha qərarlı olmasına gətirər.
Fakt: Mütəxəssislərin fikrincə, belə şəxsin yanında intihar barədə söhbət etmək çox vaxt müsbət nəticə verir: Yəni insan bu məsələləri müzakirə edərkən, özünə və problemlərinə kənardan baxma şansı əldə edir və bu, onun özünü öldürmə fikrindən əl çəkməsinə səbəb ola bilər.