Türkiyədə qızları məktəbə göndərmək üçün başladılan “Baba beni okula gönder” kampaniyasının yeni reklam filmi yayımlanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ozan Açıktanın rejissorluğu ilə çəkilən video-çarxın mətnini aktrisa Beren Saat səsləndirib.
Qeyd edək ki, hər zaman yüksək qonorarlı reklam filmləri ilə tanınan aktrisa bu dəfə heç bir məbləğ tələb etməyib və bu addımı kampaniyaya dəstək olaraq atıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.