Final sentyabrın 14-də baş tutacaq.
Xəbər verdiyimiz kimi sentyabrın 14-də Kiprdə “ Miss Fashion TV 2014” beynəlxalq top model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı hazırda yeni layihələri ilə bağlı Türkiyədə olan tanınmış təşkilatçı Aqil Məmiyev verib.
Onun sözlərinə görə “Miss Fashion TV” 2014”-də Azərbaycanı top model Lala Hüseynova təmsil edəcək.
Nəzərinizə çatdıraq ki, müsabiqədə dünyanın 40-dan çox ölkəsindən qızlar iştirak edir.Yarışmanın finalı “Fashion Tv”-də canlı yayımlanacaq.
Sonda təşkilatçı özünün də yarışmada iştirak edəcəyini bildirdi.