“Hello Rusia” jurnalının növbəti buraxılışının qəhrəmanları opera ulduzları – azərbaycanlı tenor Yusif Eyvazov və rusiyalı soprano Anna Netrebko olub.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu yaxınlarda nişanlanan cütlük dərgidə tanışlıq hekayələrini də oxucularla paylaşıb.
Yusif Anna ilə tanışlığını belə xatırlayıb:
“Biz Anna ilə tamamilə peşəkar ab-havada tanış olmuşduq. Ancaq tamaşa haqqında danışırdıq. Amma 3 həftəlik əməkdaşlıq müddətində aramızda doğmalıq yarandı”.