Rusiyada yaşayan həmvətinimiz Atəş Abbasov Rusiyanın “1-ci kanal”ının (ORT) təşkil etdiyi “Qolos” (“Səs”) mahnı müsabiqəsində iştirak edib. Modern.az saytı xəbər verir ki, “Şanxay-blyuz” mahnısını ifa edən Abbasov Aleksandr Qradski, Leonid Aqutin, Pelaqeya və Dima Bilandan ibarət münsiflər heyətinin diqqətini çəkə bilməyib. Bununla belə, həmvətənimiz öz ifasından razı qaldığını bildirib.
Modern.az Atəş Abbasovun ifasını təqdim edir.