16 yaşında olan gənc qız istifadə etdiyi kosmetik vasitələrə görə kor olma təhlükəsi ilə üzləşib.
Musavat.com-un milliyet.tv-yə istinadən verdiyi xəbərə görə, 16 yaşında olan gənc qız gözəllik salonlarının birində kurs keçən rəfiqəsi tərəfindən makiyaj olunduqdan bir gün sonra gözlərinin şişdiyini görüb.
Getdikcə gözlərini aça bilməyən gənc, həkimə müraciət edib. Kor olma riski ilə qarşı-qarşıya olan qız bir neçə ay müalicə oldunduqdan sonra özünün əvvəlki vəziyyətinə geri dönüb.