“Kurtlar Vadisi Pusu”nun yeni mövsüm üçün 3- cü, əvvəlkilərə nisbətən daha böyük fraqmenti yayılıb.
230-cu seriyanın yeni fraqmentindən də görünür ki, “Pana Film” yeni sezona ciddi hazırlaşıb. Daha böyük həyəcan saçan bölümün sentyabrın 18-i “Kanal D”-də efirə gedəcəyi gözlənilir.
Xatırladaq ki, serial keçən mövsüm ATV kanalında yayımlanırdı lakin Raci və Necati Şaşmaz qardaşları arasında yaranan narazılıqdan sonra ilk olaraq filmin senaristləri “Pana Film”dən ayrıldılar. Daha sonra isə şirkət yerləşdiyi binadan çıxarıldı. Ardınca dizinin ən görkəmli obrazlarını ( Abdulhey və Kara) canlandıran aktyorlar “Pana Film”i tərk edərək ” Bəyaz Qərənfil”adlı yeni dizini canlandırmağa başladılar.
Bütün bu “zərbə”lərə baxmayaraq hazırda Necati Şaşmazın rəhbərliyi altında qalan serial yeni mövsümə Türkiyənin nüfuzlu aktyorları ilə yanaşı məşhur Hollivud ulduzu Endi Qarsianı da dəvət edib.
Onu da qeyd edək ki, serialın məsləhətçisi Ərdoğanın müşaviri, “Kanal D”nin keçmiş əməkdaşı Yiğit Bulutdur. Y. Bulutun qardaşı Barış Bulut isə “Pana Film”in idarə heyyətinin rəhbəridir.(azerfax.az)