Xalq artisti Səməd Səmədov şəxsi həyatı ilə bağlı etiraf edib.
Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan müğənni həyat yoldaşının onunla iki ildir küsülü olduğunu deyib. Buna səbəb isə S.Səmədovun saçına rəng qoyması olub:
“15 ildən çoxdur ki, kişi müğənnilərimiz başlarına tük əkdirir, saçlarına rəng qoyurlar. Mən də, Baloğlan Əşrəfov da saçımızı rəngləyirik. Buna pis baxmaq lazım deyil. Biz müğənniyik, xalq qarşısında cavan və yaraşıqlı görünmək istəyirik. Buna görə həyat yoldaşım 2 ildir mənimlə danışmır. Saçıma rəng qoymağımı istəmir. O ailədəki küsüb-barışmaq yoxdur, onun ömrü qısa olacaq. Bunsuz maraqsız olur”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.