“İraq Şam İslam Dövləti” terror təşkilatı girov saxladığı britaniyalı humanitar işçi Devid Heynesi də edam edib.
Axar.az Haberler.com-a istinadən xəbər verir ki, bundan əvvəl daha 2 dəfə edam görüntülərini yayımlayan İŞİD bu dəfə girovun başının kəsilmə görüntüsünü kadrdan çıxarıb.
“Amerikanın müttəfiqlərinə mesaj” başlığı ilə yayımlanan videoda Devid Heynesin edam görüntüləri yer alıb. Heynes edamından İngiltərə Baş naziri Devid Kameronu günahkar bilib.