QOÇ –( Mart 21 – Aprel 20 )
Ulduzların düzümü əsasən səhhətinizə fikir verməyi məsləhət görür. Bunun üçün ilk növbədə əsəblərinizi qorumalı, hər dedi-qoduya fikir verməməlisiniz. Əsas vaxtınızı evdə keçirin.
BUĞA – (Aprel 21 – May 20)
Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.
ƏKİZLƏR –(May 21- İyun 21)
Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.
ŞİR – (İyul 23 – Avqust 23)
Saat 12-yə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Nahardan sonra nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Qəlbinizin məhəbbət guşəsinə baş vurmağınızı təvəqqe edən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Yaxşı olar ki, əsas vaxtınızı ev şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Büdcənizdə isə artım gözlənilir.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
İş yerində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.