İspaniyada bütün dünyanı şoka salan qəribə bir hadisə baş verib. ANS PRESS-in xəbərinə görə, bir qəbirqazanın öz dayısının məzarını qazaraq onu qəbirdən çıxarması və onunla çəkdirdiyi şəkli paylaşması görənləri dəhşətə gətirib.
Hadisədən sonra qəbirqazan tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məzardan çıxarılan cəsədin isə Klemente adlı kişiyə aid olduğu müəyyən edilib.
Hadisədən sonra qəbirqazan polis trəfindən saxlanılıb və onun Klementin bacısı oğlu olduğu müəyyənləşib.
Şübhəli şəxsin 23 il əvvəl ölmüş dayısını məzaredan çıxarması bağlı araşdırmalar davam edir.