Səbuhi Xanlarov adlı bu şəxs son günlər insanların videolarını çəkərək sosial şəbəkələrdə yayımlayır, onları təhqir edir və bununla da reytinq qazanmağa çalışır. Düzünü desək qazanır da.
İnsanları təhqir edib, onların geyiminə, həyat tərzinə rişxənd edən və çəkdiyi videolarda insanları alçaldan S.Xanlarov deyəsən, bu videolara görə cinayət məsuliyyəti daşıdığının fərqində deyil. O, ələ saldığı, nalayiq sözlərlə təhqir etdiyi insanların onun ölkəsinin vətəndaşları olduğunu, bir gün ortaya çıxıb haqq-hesab tələb edə biləcəklərini də düşünmür. Yoxsa bu qədər sərbəst olmazdı.
Bu cür videoları çəkməsinə səbəb kimi ömrünün son günlərini yaşadığını və bununla insanların yaddaşında qalmaq istədiyini deyən “gülüş ustası” Səbuhinin insanları necə təhqir etdiyinə dair hazırladığımız videoroliki təqdim edirik:
P.S: Videolarda işlənən nalayiq sözlərə görə əvvəlcədən oxucularımızdan üzr istəyirik.
Musavat.com