Moskva – Qəbələ reysi ilə uçan sərnişin təyyarəsi təcili eniş etməli olub.
Bu barədə İTAR-TASS xəbər yayıb. Bildirilir ki, təyyarə sərnişinlə stüardessa arasında çıxan insident səbəbindən Həştərxana yerə enmək məcburiyyətində qalıb.
Hadisə ötən gecə baş verib. Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, 1963-cü il təvəllüdlü sərnişin stüardessanı bıçaqlayıb. Təyyarə yerə endikdən sonra həmin şəxs saxlanılıb.
Sərxoş sərnişinə 10 günlük həbs cəzas verilib. Həmin şərnişinin kimliyi isə açıqlanmayıb.