Amerikanın WCIA telekanalının aparıcısı Дeyv Benton xəbər buraxılışının əvvəlində tamaşaçılara “ailə üzvləri kimi” məlumat verib ki, ömrünün sonuna altı aydan az qalıb.
“Bir neçə həftə əvvəl öyrəndim ki, beyin xərçənginə tutulmuşam”, – teleaparıcı canlı yayımda bildirib.
Benton deyib ki, beynindəki şişin əməliyyat yolu ilə götürülməsi mümkün deyil. Həkimlərin proqnozlarına görə, onun 4-6 aylıq öçrü qalıb.
Teleaparıcı bəyan edib ki, mümkün olduğu qədər işləməyə davam edəcək: “Dəstəyə, dualara görə minnətdaram. Bu, mənim üçün böyük əhəmiyyətə malikdir. Bu, mənim həyatımı dəyişdirdi”, – Benton yekunda əlavə edib.
Musavat.com