Gənc müğənni Afaq Aslan yaradıcılığında yenilik edib. “Sevə bilmərəm” adlı mahnının musiqisi Xəyyama, sözləri meyxana ustası Aydın Xırdalanlıya aranjmanı isə Tural Bakuvi və Ramala məxsusdur
Milli.Az-a açıqlamasında Afaq etiraf edir ki, bu mahnının sözləri onun ürəyindən xəbər verir və “Sevə bilmərəm” adlı ifa onun sevdiyi şəxsə həsr olunub:
“Bəlkə də, insan həyatda bir dəfə sevir. Hər şeyin ən dərinini, ən gözəlini məhz o adama həsr etmək səndən asılı olmur. Həyat buna məcbur edir. Ancaq onu bilirəm ki, həqiqətən, sevirsənsə, bütün hallarda xoşbəxt olacaqsan. O adam yanında olsa da, olmasa da”.
Onu da qeyd edək ki, sabahdan radio dalğalarında səslənəcək mahnıya yaxın günlərdə klip də çəkiləcək.