“Azərbaycanda pis olmaq yaxşıdır”.
Tanınmış aparıcı Günel Hümbətova “It’s Good To Be Bad İn Azerbaijan” (“Azərbaycanda pis olmaq yaxşıdır”) layihəsi çərçivəsində “Jaguar F-Type R Coupe” test drayvın qonağı olub.
Oxu.Az xəbər verir ki, test drayvın daha maraqlı olması üçün peşəkar sürücü, sport-kar-da müxtəlif təhlükəli hərəkətlər yerinə yetirib.
Sürücü bahlı sport-kar-da təhlükəli manevr edərək, cazibədar aparıcıya həyəcan dolu anlar yaşadıb.
Aparıcıya daha çox həyəcan yaşadan məqam isə peşəkar sürücünün onun maşınının yanında təhlükəli manevr etməsi olub.
Qeyd edək ki, “Jaguar F-Type R Coupe”un orta qiyməti 180 000 ABŞ dolları təşkil edir.
Xatırladaq ki, Günel Hümbətova “Rang Rover Evoqe” markalı avtomobilə sahibdir.