Trierveyler: “Bu bir neçə saatı yaşamaq istəmirəm”
Valeri Trierveyler- Fransua Ollandın ikinci yoldaşı- ona aktrisa ilə xəyanət edən prezidentdən ayrılığı zamanı yaşadığı həyəcanları paylaşır.
ANS PRESS-in məlumatına görə, Trierveyler bildirir ki, düşdüyü vəziyyətdən çıxmaq üçün o yuxu dərmanlarından istifadə edirdi.
“Özümdən çıxıram, buna qulaq asa bilmirəm. Yuxu dərmanı götürməyə vanna otağına gedirəm, Fransua dalımca qaçır və paketi əlimdən almaq istəyir. Mən yataq otağına qaçıram. O əlimdən paketi qopardır, paket cırılır və dərmanlar yerə düşür. Mən yerdən dərmanları götürüb təzədən atmağa çalışıram. Mən yatmaq istəyirəm, bu bir neçə saatı yaşamaq istəmirəm” – deyə Trierveyler xəyanəti eşidən zaman yaşadığı sarsıntıları danışır.