Ailem.az-ın “O…” lahiyəsinin növbəti qonağı videobloqqer, “İnstagram” sosial şəbəkəsində fenomen olan Aynur Hüseyndir. Çoxunuz onu “aka.the.one” adıyla tanıyırsınız. “İnstagram”da 54 min izləyicisi var. Aynur xanım hazırda ABŞ-da yaşayır.
– Sizcə, ailə qurarkən nə önəmlidir: sevgi, pul, yoxsa ikisi də?
– İkisi də. Pul olmayanda münasibətlərdə böhran başlayır. Sevgi də sonda yoxa çıxır.
– İlk uşağınız oğlan olsun istərdiniz, yoxsa qız?
– Hər kim olsa, adını Selcan qoyacam. Yaxşı olardı ki, qız olsun, Selcan adında oğlan görmüsünüz?
– Sizin ailəniz hansı tip olmalıdır: klassik, müasir, yoxsa qarışıq?
– Müasir. Mehriban. Steriotiplərdən uzaq.
– Yaxşı dost olursunuz: oğlanlarla, yoxsa qızlarla?
– Oğlanlarla. Qız dostum yoxdur.
– Qadın üçün ən çox (!) hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
– Hər gözəl qadın seksual olmur. 50 yaşında gözəllik solur, amma seksuallıq qalır. Hələ intellektual və seksualdırsa, dünya o xanımındır.
– Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sadəcə bir söz deyib, məhv edərsiniz?
– Söz qədər ağrıdan heç nə yoxdur. Bir söz yetər.
– Facebook, yoxsa Instagram?
– Bu sualı gözləyirdim. Instagram. Məni popular edən o olub. Həm də Instagramda 54 min izləyicim var, Facebookda isə 8 min 400.
– Videobloqqerlik, yoxsa aktrisalıq?
Videobloqqerliyin sonu var. Aktrisalığın isə yox. Aktrisa olmaq mənim uşaqlıq arzumdur.
– Yazışmaq, yoxsa canlı ünsiyyət?
– Canlı ünsiyyət. İş olmasa, Whatsapp-ı çoxdan silmişdim.
– Nəzəriyyə, yoxsa təcrübə?
– Mən hər şeyi təcrübə ilə öyrənmişəm.
– Azərbaycan, yoxsa Amerika?
– Uzaqdan sevməyə – Azərbaycan. Yaşamaq, inkişaf etmək, pul qazanmaq, arzularını həyata keçirmək üçün – Amerika.
– Kitab, yoxsa kino?
– Kino. Əsasən aktyorların ifalarına baxıram. Mənə lazım olur.
– Hansında daha çox rahatlıq tapırsınız: kilsədə, yoxsa məsciddə?
– Heç birində. Sakit otaqda Allahımla baş-başa qalanda.
– Ürəyiniz nəsə içmək istəyir. Masada iki içki var: ayran, yoxsa mohito?
– Sentyabrın 15-i Amerikaya gəlməyimin bir ayı oldu. Ürəyimdən ancaq dadlı bir ayran keçir.
– Evdə yemək, yoxsa restoranda?
– Anam bişirəndə evdə yemək yaxşıdır. İndi isə çox israfçılıq olmasın deyə məcburən evdə yemək.
– Muğam, yoxsa pop?
– Əhvalıma uyğun seçirəm musiqiləri.
– Sizi ən çox hansı sual yorur?
– Hazırda Amerika ilə bağlı suallar.
– Kaş ki, nəyi vaxtında etsəydiniz?
– Kinoya elə 18 yaşında başlasaydım.
– Tapdığınız lampadan cin çıxsa, 3 arzunuz hansılar olar?
– Nə özüm, nə də yaxınlarım xəstələnməsin; 2. Mühüm bir kinoya baş rol təklifi alım; 3. Qarşılıqlı sevgi yaşamaq.
– Bakıya qayıtmaq üçün 3 səbəb?
– Anam, atam, bacım.
http://s010.radikal.ru/i311/1409/d0/7743922cc8c2.jpg
http://s016.radikal.ru/i335/1409/45/deb8b43329bd.jpg