“Bu, sehirli buzovdur və əminik ki, o, bizə uğur gətirəcək. Şiva tanrısı bu minvalla bizə işarə verir. Tanrılar bizə yar olsunlar”.
Hindistanın cənubundakı Tamil Nadu ştatında, Kolathur kəndində alnında da gözü olan buzov doğulub.
Milli.Az Asia Times-a istinadən bildirir ki, kənd sakinləri üçgözlü, alnında da gözü olan buzovu Şiva tanrısının insanlara ünvanladığı lütf, mesaj sayırlar.
İnduistlər kəndə axın edir, buzovu görmək istəyirlər.
Hinduizmin əsas tanrılarından biri Şivaya sitayiş edənlər şivaizm mənsublarıdır. Onlar induizmdə ən çoxsaylı və nüfuzlu təriqətlərdən biridir.
İnduizmə görə, Şiva sinirlənəndə onun alnındakı üçüncü göz açılır və bu gözdən alov çıxır.