Hollivud ulduzu Leonardo Di Kaprio səfir təyin edilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərnə görə, aktyor BMT-nin planetin iqlim məsələləri üzrə səfiri seçilib. Bununla bağlı açıqlama verən təşkilatın baş katibi Pan Gi Mun ona güvəndiklərini bildirb:
“Cənab Di Kaprio – ətraf mühitin müdafiəsindəən çox güvəndiyimiz addır. Onun vədləri gücləndirəcək çox böyük bir platforması var”.
O, eyni zamanda 39 yaşlı Di Kaprionun sentyabrın 23-də, Nyu-Yorkda, BMT-nin sammitində iqlim dəyişiklikləri problemləri ilə bağlı çıxış edəcəyini bildirib.
Məşhur aktyor ona bu ciddi vəzifənin verilməsindən şərəf duyduğunu və problemlə mübarizə aparacağını bildirib.