Şoumen Murad Dadaşov şou-biznes nümayəndələrindən gileylənib.
“Qafqazinfo”nun məlumatına görə, şoumen “Onlar” verilişinə açıqlamasında müğənniləri qalmaqal etməkdənsə, sənətlə məşğul olmağa çağırıb: “Bəzi müğənnilər bütün günü dalaşır. Şou-biznesimiz böyük deyil, buradan milyonlar qazanılmır. Bunlar gülməlidir. Böyük sənətlə məşğul olan adamların belə addımı insanı utandırır. Xaricdə konsertlər təşkil edirik, onlar heç bir müğənnimizi istəmir. Toy müğənnilərimizi boğub. Tək-tük insanlar var ki, sənətlə məşğul olur. Xaricdən Azərbaycana müğənni gətirmək daha ucuz başa gəlir. Xaricdə bizim müğənnilərə ehtiyac yoxdur. Ürəyim yanır onlara, qoy bunları bilsinlər. Bizim Tarkanımız yoxdur. Dərin musiqi tarixi olan ölkə üçün bu biabırçılıqdır. Həqiqəti danışan insanam. Sadə televiziya aparıcısı deyiləm. Şou-biznesin daşlarını qoyan insanlardanam. Bəzən onların hərəkətlərinə mən cavab verirəm”.