QOÇ –( Mart 21 – Aprel 20 )
Çağrılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. Bu gün təxribata cəlb olunmağınız üçün bir çoxları canfəşanlıq edəcəklər. Təmkinli olun.
BUĞA – (Aprel 21 – May 20)
İlk növbədə yoluxucu xəstəliklərdən qorunun. Çünki ulduzlar axşam saatlarında orqanizminizin buna həssas olacağını bildirir. Nahar ərəfəsində sevindirici xəbər eşidəcəksiniz.
ƏKİZLƏR –(May 21- İyun 21)
Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.
XƏRÇƏNG –(İyun 22 – İyul 22)
Bu təqvimdə ulduzlar daha çox sizin bürcə pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.
ŞİR – (İyul 23 – Avqust 23)
Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Ulduzlar varlanacağınızdan da xəbər verir.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Qonaqlıq üçün ideal gündür. Ya hansısa ünvana getməli, ya da ürəyinizə yaxın adamları qonaq çağırmalısınız. Bugünkü söhbətlərin gələcəyiniz üçün əhəmiyyəti böyük olacaq.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə sürpriz gözlənilir. Uzaq yola çıxmayın.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi və ətrafınızda olan insanları qəbul etməməyiniz sinir sisteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
İmkan daxilində bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə növbəti günlərin planlarını qurun. Aldığınız təklifləri beyin süzgəcindən keçirin.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşamsa sevindirici hadisələrin şahidi olacaqsınız.