Televiziya proqramlarının birində qonaq olan CHP başqanı Kamal Kılıçdaroğlu canlı yayımda uşaqlıq və gənclik fotolarını gördükdə gözyaşlarına boğulub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclik illərindən söz açan Kılıçdaroğlu, yeddi uşaqlı bir ailə olduqlarını və çətinliklərlə böyüdüklərini deyib: “Atam kiçik bir məmur idi. Ailədə universitet bitirən yalnız mənəm. Bacım nə yaza bilir, nə də oxuya. Ayaqqabı almaq istəsək də pulumuz yox idi. Çəkməm isə bir neçə il sonra da geyinə bilim deyə böyük ölçüdə idi”.