Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir Filialı haqqında Moderator.az oxuculara daha bir şok məlumat təqdim edir.
Daha doğrusu, filialda kitabxanaçı işləyən Zoya Süleymanova keçmiş direktor Orucəli Rzayevin misligörünməyən “kadr islahatları” barədə şok faktlar səsləndirir. Bu barədə nəsə yazmaqdansa dəyərli oxucular dünəndən YouTube” da yayılan bu şok vodeoya baxsalar acınacaqlı mənzərə qarşılarında çılpaqlığıyla canlanacaq. Müraciət prezident İlham Əliyevə və “Heydər Əliyev Fondu”nun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya ünvanlansa da təhsil naziri Mikayıl Cabbarovun məsələyə müdaxilə edəcəyini gözləmək lazım…
Qeyd edək ki, Moderator.az-a mötəbər mənbələrdən daha bir şok məlumat daxil olub ki, hal-hazırda AMİ Zaqatala filialının direktoru olan Orucəli Rzayev barəsində təhsil naziri Mikayıl Cabbarova məktub və Orucəli Rzayevi bitirəcək disk göndərilib. Həmin diskdə filial direktoruyla bir işçisi arasındakı söhbət yer alır və ona qulaq asmaq kifayətdir ki, AMİ Zaqatala filialında 9 ballıq zəlzələ baş verəcəyini proqnozlaşdırsın…