“Musiqiyə sənət baxımından yanaşılmalıdır” deyən Səidə Nadirlə razılşamadı.
Bu gün “Günəbaxan” verilişinin qonağı olan müğənni Səidə Sultan studiyaya pop estrada janrında ifa etdiyi mahnı ilə giriş edib. Səidənin ifası bitər-bitməz verilişin aparıcısı Kamran Həsənli “Bu janr bizə çox lazımdır. Yəni “çıkkada-çıkkıdı”dan bir az aralanmaq üçün. Düzdür, keçən dəfə Nadir verilişimizdə qonaq olanda dedi ki, “Biz pul qazanmalıyıq da! Soyuducunu doldurmalıyıq” söyləyərək Səidənin Nadirin bu açıqlamasına münasibətini öyrənmək istəyib. Səidə Sultan Nadirin bu açıqlamalarına belə cavab verib:
“Mən razı deyiləm. Əslində, müğənninin ifa etdiyi mahnını tamaşaçı bəyənməlidir. Mən repertuar seçirəmsə, mütləq deyil ki, mən elə mahnı oxumalıyam ki, tamaşaçı məni toya çağırsın, harasa tədbirə dəvət etsin. Yəni mən elə şeylərnən razılaşan bir insan deyiləm. Əgər mən müğənniyəmsə, sənətimi sevirəmsə, musiqiyə sənət baxımından yanaşmalıyam və sevdirməliyəm insanlara”.
Gecce.az
http://s017.radikal.ru/i430/1409/e6/fa36a123163f.jpg
http://s010.radikal.ru/i311/1409/aa/d0d41f4513e0.jpg
http://s019.radikal.ru/i639/1409/c9/7a4ffca897e2.jpg