ABŞ prezidenti Barak Obama həyat yoldaşı Mişel Obama ilə birgə xeyriyyə kampaniyasına qoşulub.
Lent.az-ın məlumatına görə, kimsəsiz uşaqların məktəb ləvazimatları ilə təmin edilməsi üçün başlanan kampaniya çərçivəsində onlar Vaşinqtondakı uşaq evlərindən birində olublar.
Tədbir zamanı prezidentlə görüşən məktəblinin arzusu isə hər kəsin gülüşünə səbəb olub. Azyaşlı qız Obamaya deyib ki, müğənni Beyonsu görməyi prezidentlə görüşməkdən üstün tutardı. B.Obama isə vəziyyətdən çıxış yolu kimi qızları Malia və Saşanın da Beyonsa pərəstiş etdiyini desə də, xanımının cavabı hər kəsi heyrətləndirib:
“Əslində, mən də Beyonsu görməyi üstün tutardım”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.