Norveçin “TV-2” telekanalının aparıcısı efirdə dünya rekordunu yeniləyib. Xanım aparıcı Eli Kari Gijengedal əvəzlənmədən 33 saat canlı yayımda olub.
Maraqlı burasıdır ki, spiker bu müddət ərzində yalnız hava proqnozu barədə danışıb. Xatırladaq ki, bundan əvvəl ən uzunmüddətli yayım 24 saat olmuşdu.
“Mən bu çıxışımı sinoptiklərə həsr etdim, düşünürəm ki, biz aparıcılar onlara qarşı həmişə haqsız davranırıq. Təsəvvür edin, hər gün kanala məlumat ötürən qurumun xəbərini uzağı iki dəqiqə ərzində təqdim edirik”.
Aparıcı 33 saatlıq yayımı Oslonun mərkəzində – Domkirkeplassen meydanıda divarları şüşədən olan xüsusi studiyada həyata keçirib. Efir başa çatdıqdan dərhal sonra Gijengedal mediaya heç bir açıqlama vermədən yaxınlıqdakı pivəxanaya girib.