AĞAXAN SALMANLI UNİVERSİTETƏ “YOX” DEDİ
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı Mədəniyyət və İncəsənət Universitetində dərs demək təklifindən imtina edib.
Bu barədə AzNews.az-a xalq artistinin özü məlumat verib. O, bunun səbəbini belə izah edib: “Musiqili Teatr Fakültəsinə dəvət aldım. Amma qəbul etmədim. Səbəblər çoxdur, ümumi birləşdirəndə – stimul görmədim”.
Aktyor gələn həftədən “III Riçard”ın məşqlərinin başlandığını dedi: “Orada “Bekingem” rolu mənə verilib. Cənnət Səlimova hazırlayır. Fərli-başlı çəkiliş təklifim yox. Bir az darıxıram. lakin dözürəm. Həmişə belə sakitlik olanda düşünürəm, yəqin, tale mənə sürpriz hazırlayır, çox vaxt belə də olur”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.