Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi «Facebookdan təhlükəsiz istifadə qaydaları» nəşr edib.
Technimum bloqu (http://technimum.com/blog/facebook/5223.html) bildirir ki, kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:
-Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları
-Facebook hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)
-Oğurlanmış Facebook hesabını geri qaytarmaq üçün görülməli tədbirlər
-Spam və virusların Facebook vasitəsilə yayılma yolları (Facebook tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları
-Saxta hesablar
-Facebook hesabı ilə bağlı əhəmiyyətli məlumatların əldə olunması. ETM-dən bildirilib ki, kitabçanın elektron versiyası tezliklə http://www.cert.az ünvanında yerləşdiriləcək