Binə Atçılıq Mərkəzinin açıq manejində atçılıq idmanının konkur növü üzrə CSI2 kateqoriyalı “Odlar Yurdu Kuboku” Beynəlxalq turnirinə yekun vurulub.
Mərasimdə “buro 24/7 Azerbaijan” redaksiyasının əməkdaşları, saytın baş redaktoru, “Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova da iştirak edib. O, yarışı oğlu ilə birgə izləyib.
Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İtaliya və Almaniya idmançıları iştirak ediblər. Azərbaycan, Türkiyə, Bolqarıstan və İrandan dəvət olunan hakimlər kollegiyasının nəzarət etdiyi yarışın sonuncu günündə idmançılar 145 santimetrlik maneələr aşmaq üçün yarışıblar.
Ümumi mükafat fondu 44 min manat təşkil edən turnirdə Almaniya təmsilçisi Andreas Ripke uğurla çıxış edib. İdmançı “Zidane D” ləqəbli atla birinci, “Tall boy MNM” ləqəbli atla isə üçüncü olub. Azərbaycan çaparı Elmar Abdullayev “David” ləqəbli atla gümüş medala sahib olub.
http://s002.radikal.ru/i199/1409/d4/b2220a2760a5.jpg
http://s017.radikal.ru/i401/1409/34/baac8171e1df.jpg
http://s04.radikal.ru/i177/1409/4e/dc546a68c919.jpg
http://s02.radikal.ru/i175/1409/a5/5d38f2debe4d.jpg
http://s014.radikal.ru/i327/1409/a3/0eece66eebe6.jpg
http://s017.radikal.ru/i443/1409/b7/a9ba0e878812.jpg
http://s012.radikal.ru/i320/1409/0d/918a3d724e75.jpg
http://s017.radikal.ru/i405/1409/f4/f87e7c5e9f5b.jpg