Paytaxtın Yasamal rayonu Yaşar Abdullayev küçəsində bıçaqlanma hadisəsi baş verib.
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, “Xəzər” televizyasinda “Ləziz dad” proqramının aparıcısı olan Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb.
Qonşuların verdiyi məlumata görə, hadisəyə səbəb Ağakərimin avtomobilinə oturan qonşusunu düşürmək istəməsi olub. Yaranan mübahisə zamani Elvin adlı şəxs Ağakərimə bir bıçaq zərbəsi vurub.
Məlumata görə, hadisə tördədən şəxs lal və spirtli içki aludəçisi imiş. Faktla bağlı Yasamal Rayonu 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin tutulması istiqamətində iş aparılır.