“Arximed” Niderlandın Haaqa şəhərindən koordinasiya edilib
Avropa Birliyinə daxil olan ölkələrin Polis İdarələri mütəşəkkil cinayətkarlığa qarşı tarixdə ən böyük əməliyyat keçirib. Niderlandın üçüncü böyük şəhəri olan Haaqadan koordinasiya olunan əməliyyat zamanı mindən çox adam həbs edilib.
Rumıniya vətəndaşı olan (qaraçılar) 30 uşaq insan alverçilərinin əlindən xilas edilib və a200 kg heroin və 599 kg kokin müsadirə olunub. Bu barədə “BBC” radiosu məlumat yayıb.
Xəbərdə deyilir ki, Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki Arximedin adını daşıyan qəfil polis əməliyyatı zamanı həbs olunan min nəfərdən çox şəxsin 170 nəfərinin insan alverçisi olması xüsusi narahatlıq doğurub.
“BBC” bildirir ki, “Avropol”un “Arximed” əməliyyatı zamanı 10 min nəfərdən çix immiqrant da polis tərəfindən saxlanılıb.
Musavat.com