Teleaparıcı Nərmin Əlisoyun Milli.Az-a müsahibəsi.
– Nərmin xanım, sizinlə bağlı bir yazının başlığında “ATV matəm günlərində efirə təzə “bala” çıxartdı” yazılmışdı. Bu cümləni görəndə hansı hissləri keçirdiniz?
– Doğrudan, elə yazılmışdı?! Mənim heç bundan xəbərim yoxdur. Nəyə əsasən elə yazıblar ki?
– Çox güman ki, efirdə çox qısa geyimlərdən istifadə etdiyiniz üçün…
– Mən axı matəm günlərində efirə uzun libasda çıxmışam. Bəlkə də onlar bunu ümumilikdə nəzərdə tutublar.
– Deməli, əsassız deyil…
– Əsassız deyil deyəndə ki, bəli, etiraf edirəm, açıq geyimlərdən istifadə edirəm. Amma efirdə bir sərhəd var ki, onu heç vaxt keçmirəm. Məsələn, qısa geyinsəm də, mini geyinmirəm.
– Öz bədən quruluşunuza belə arxayınsınızsa, niyə tam qısa geyinmirsiniz?
– Arxayın olmağına arxayınam, ancaq mən fitneslə məsğul olduğum üçün ayağımda əzələlər var. Onların çox qabarıq görünməsini istəmirəm. Həm də mən açıq-saçıq geyimlərlə gündəmə gəlmək həvəsində deyiləm.
– Siz nə qədər bu iddiada olsanız da, son zamanlar yayımlanan şəkilləriniz belə demir axı…
– O şəkilləri mən qəsdən yaymamışdım. İnanın mənə, heç onların haçan və harada yayımlanmasından xəbərim olmayıb.
– Bəs yayımlamayacaqdınızsa, niyə o fotosessiyanı etdirirdiniz ki?
– Özüm üçün, elə-belə…
– Sözün düzü, tanınmış bir insanın media üçün yox, məhz özü üçün fotosessiya etdirməsi bir az qəribə haldır. Amma hər halda səs-küyə səbəb oldu. Etiraz edənlər də oldu, yəqin ki, elədir?
– Bəli, gizlətmirəm, şəkillərimi görənlər öz etirazlarını bildirdilər. Daha doğrusu, xəbər portallarında siz deyən formada təqdim edilməyindən narazı idilər.
– Ailə üzvlərinizin bu fotolardan xəbəri var?
– Ən yaxın sirdaşım anamdır, onun da xəbəri yoxdur.
– Deməmisiniz, yoxsa ümumiyyətlə görməyib?
– Deməmişəm və nə yaxşı ki, internetdən istifadə edənlərdən deyil. Görsə, məni “öldürəcək” (gülür).
– Belə götürəndə, sizin həmkarlarınızın çoxu açıq-saçıq geyimlərdən istifadə edir. Onlar da mətbuatda tez-tez işıqlandırılırlar. Sizcə, bu nə dərəcədə doğrudur?
– Razıyam, həmkarlarım arasında belələri var. Məsələn, Kəmalə Piriyeva, Nərgiz Məmmədova və digərlərinin adlarını bu siyahıya daxil etmək olar. Ən azından KİV-də gedən informasiyalardan bunu təsbit etmək mümkündür. Ancaq mənim fikrimcə, onlara yaraşır. Çox da gözəl görünürlər. Ona görə də bunu normal qəbul edirəm.
– Bilirəm, sevdiyiniz insan varmı soruşsam, deyəcəksiniz ki, hələ ərə getmək üçün çox tezdir… Amma maraqlıdır, ümumiyyətlə, sevmisinizmi?
– İndi həyatımda heç kim yoxdur. Amma 15-16 yaşım olanda sevmişəm.
– Niyə alınmadı bəs?
– Çünki o sevgi platonik və birtərəfli sevgi idi.
– Hava haqqında xəbərləri təqdim edən bir aparıcı kimi sizə hansı uyğundur – külək, yağış, yoxsa qar?
– Qar deyərdim. Çünki qar ən azından bütün çirkabların üstünü örtür. İnsanların da qar kimi saf və ləkəsiz olmağını istərdim.
– Siz qar kimi safsınız?
– Deyə bilmərəm ki, tamamilə təmizəm. Mənim də özümə görə səhvlərim olub, elə indi də var.
– Televiziyaya gələndən sonra nəyi başa düşdünüz?
– Başa düşdüm ki, hamı mənə qarşı eyni münasibətdə deyilmiş. Paxıllığımı çəkənlərin “maska”ları bir-bir yırtılmağa başladı.
– Siz, yəqin ki, paxıllıq çəkmirsiniz, ən uzağı, qibtə edirsiniz, hə?
– Mən anormal insanam. Ona görə ki, məndə zərrə qədər də paxıllıq hissi yoxdur. Yalnız uzun saçı olan xanımlara qibtə edirəm. Çünki bir vaxtlar mənim də uzun saçım olub (gülür).
http://s017.radikal.ru/i434/1409/61/debda76aa5bd.jpg
http://s020.radikal.ru/i701/1409/f1/dd676cd8b1b8.jpg
http://s013.radikal.ru/i322/1409/f6/d95fa33f60bc.jpg
http://s014.radikal.ru/i329/1409/38/9278d26de6c5.jpg
http://s001.radikal.ru/i195/1409/5b/a78ec57655be.jpg
http://s57.radikal.ru/i155/1409/96/3cc74c074a83.jpg