Modern.az xəbər verir ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində nikah mərasimi keçirilib.
11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Masallı rayon sakini Məmmədov Rüfət Kamal oğlu ilə 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Astara rayon sakini Ağayeva Fərzanə Allahverdi qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar xidmət tərəfindən şərait yaradılıb. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar xidmətin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
http://s48.radikal.ru/i119/1409/bf/8e420fa739f9.jpg
http://s011.radikal.ru/i318/1409/db/d9c09672ed6c.jpg
http://s017.radikal.ru/i423/1409/c3/f77460ae20c0.jpg