Qobustan rayonunda 5 avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “Aqrotexniki servis” Açıq Səhmdar Cəmiyyətinin ərazisinə yığılmış 2 ədəd “VAZ”, 2 ədəd “QAZ” və 1 ədəd “Moskviç” markalı minik avtomobillərinin yanar hissələri və 1 kv.m sahədə quru ot yanıb. Digər avtomobillər və yaxınlıqdakı anbar yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.